کتاب حماسه کوراوغلو
فصل ۱: داستان «آلی کیشی» بخش ۱
«نکته: معنای کلمات رو با نگه داشتن انگشتتون روی کلمه و اومدن ادرس لینک میتونین ببینین. برای کلمات ساده تر دیگه لینک نذاشتم »
#کوراوغلو
#کوراوغلو_آلی_کیشی
Alı kişi neçəillər Həsən xana ilxı otarıbömrünü, gününü onun qapısında çürüdüb, saqqalını ağartmışdı. O, hər gün səhər danyeri ağaranda ilxını haylar, bütün günü otarar, gecədən bir pas keçəndənsonra xalxalagətirərdi. Tay dağlarda, daşlarda kövşənlərdəAlı kişinin ayağı dəyməmiş bir yer yox idi. Yenə də bir gün Alı kişi ilxını sürüb dəniz(dərya) qırağına aparmışdı. Atlar dənizin qırağındakı otlaqda otlayırdılar. Alı kişi özü də bir tərəfdə daşa söykəniboturmuşdu. Qoca ilxıçıbir də baxdı ki, budu dənizdən iki at çıxdı. Alı kişi dəniz atıolmağını eşitmişdi, amma heç görməmişdi. Atlar yavaş-yavaş gəlib ilxıya qarışdılar. İki madyana yaxınlaşandan sonra yenə qayıdıbdənizə girdilər. Alı kişi nə qədər ilxıçılıq eləmişdi, belə şey görməmişdi. Tez qalxıb madyanları manşırladı. Amma bununla ilgili(barədə) kimsəyə(heç kəsə) bir söz demədi. Bu işin üstündən bir neçə vaxt keçdi. Alı kişi ayları, günləri sayıb, madyanları gözdən kənara qoymurdu. Bəli, elə ki, vədə tamam oldu, Alı kişi tay madyanların yanından əl çəkmədi. Ta o qədər gözlədiki, axırda madyanlar doğdu. Alı kişi tamam-kamal iki il dayları bəslədi. Tay az qalırdı ki, gözünün yağını onlara yedirtsin. Bəli, daylar böyüyüb iki yaşaroldular. Bir gün Həsən xanın evinə bir paşadostu qonaqgəlmişdi. Həsən xan dostu paşanı çox yaxşı qonaq elədi. Paşa söhbət arasında dedi: – Həsən xan, eşitmişəm sənin qəşəng, cins atların var, gərək ilxından mənə iki ayğırlıqat verəsən. Həsən xan o saat “baş üstə” deyib, Alı kişini yanına çağırıb tapşırdı: – Sabah ilxını çölə aparma, paşa üçün iki ayğırlıq at tutduracam