کتاب: حماسه #کوراوغلو
فصل ۱: «آلی کیشی» بخش 3
....
«نکته: معنای کلمات رو با نگه داشتن انگشتتون روی کلمه و اومدن ادرس لینک میتونین ببینین. برای کلمات ساده تر دیگه لینک نذاشتم »
پست قبلی رو از این هشتگ #کوراوغلو_آلی_کیشی پیدا کنین
....
Həsən xan
daylarıAlının
yedəyinəverdirib yanından
qovdu. Kor Alı kişinin Rövşən adında
yeniyetmə,
iyidbir oğlu var idi. Rövşən baxdı ki, atası
qızıl
alqana
bulanmış, yedəyində iki day budu gəlir. Tez qaçıb onu
qabaxladı. Alı kişi oğlunun səsini eşidib dedi: – Oğul, ömrümün əvvəlindən axırına qədər Həsən xana
qulluqelədim, indi əvəzində məni dünya işığına həsrət qoydu. Bala, mənim gözlərim bu atların üstündə çıxıb. Al bu atları
töyləyəçək,
qapı-bacanıbasdır. Yaxşı
muğayat ol. Amma
gözlə, bu atlar gərək qırx gün, qırx gecə gün işığı görməyələr. Rövşən atları dama çəkdi, atasının dediyi kimi onlara yaxşı qulaq asmağa başladı. Bəli, qırx gün tamam oldu. Alı kişi oğlu Rövşəni çağırdı ki: – Oğlum, Rövşən, məni atların yanına apar. Rövşən atasının əlindən tutub toyləyə gətirdi. Qoca ilxıçı uzun,
caydaqçəkmə sağrılı,
nazik
ortalı
Dürata
yanaşdı, əli ilə üzünü, gözünü,
yalını,
sağrısını
tumarladı. Sonra
iribaşlı,
dolugözlü, qara
birçəkli, uzun boyunlu,
tökmədöşlü,
yoğun,
enlisağrılı
Qıratayanaşdı. Qırat
fınxırıbdal ayaqları üstə göyə qalxdı, ağzını açıb Alıya
yönəlməkistədi. Qoca Alı atın üstünə qışqırdı. At səsindən onu tanıyıb sakit oldu. Alı Qıratın da başını, üzünü, yalını, belini, sağrısını tumarladı. Amma bunun sağrısında balaca bir
batıqolduğunu hiss elədi. Dedi: – Oğul, Rövşən, bax gör Qıratın üstünə işıq düşən yer yoxdu ki? Rövşən baxıb gördü ki, pərdənin arasından bir iynə boyda deşik var, dedi: – Qıratın üstündə bir iynə
boyda deşik var. İlxıçı dedi: – Oğul, bir iynə boyda deşikdən bir
kərənboyda
soyuqgələr. Çıx, oranı ört. Rövşən çıxıb deşiyi örtdü, atlara bir az da yaxşı muğayat olmağa başladı. Bir gün yenə atası Rövşəndən soruşdu: – Oğul, atlar necədir, necə yeyirlər? Rövşən dedi: – Ata, Qırat
dəyirmankimi yeyir,
arpa,
samanbilmir yetirmək olmur; Dürat da yaxşıdır,
ancaqQıratdan az yeyir. Qırat
qızmış nər kimi oyur-oyur oynuyur.